Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2021 13:06
Dayanma və durma qaydalarını pozan sürücüyə bir gündə 7 cərimə protokolu gəldi
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Bakıda dayanma və durma qaydalarını pozan sürücüyə bir gündə 7 cərimə protokolu gəlib. Bu protokollar bir neçə ay öncə müxtəlif qayda pozuntuları ilə bağlı tərtib edilsə də, sürücüyə bu barədə dünən məlumat verilib. Sürücünün tələbi isə qanunvericiliyə əsaslanır. Vətəndaş ona tərtib edilən protokol barədə məlumatın 24 saat ərzində elektron portalda yerləşdirilməli olduğunu deyir.
Paytaxt sakini Cəlal Axundova mart ayının 10-da 7 cərimə protokolu barədə bildiriş gəlib. O, "Asan pay" hesabından yoxladıqdan sonra məlum olub ki, cərimələr ötən ilə aiddir. Lakin bu müddət ərzində ona bu barədə heç bir məlumat verilməyib.
Cəlal Axundov deyir ki, bu protokollar qayda pozduğu zaman qeydə alınıb və onlarla razıdır. Lakin bu cərimələr barədə məlumatların gec verilməsindən narazıdır.
Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, qanuna əsasən, inzibati tənbehvermə haqqında qərarlar mərkəzi informasiya sisteminin məlumatları əsasında tərtib edilir. Qərar avtomobil sonuncu dəfə adına qeydiyyat aparılan şəxs barəsində verilir. Sözügedən avtomobil də hüququ şəxsin adına olduğundan lizinq şirkəti mərkəzi informasiya sisteminə məlumatı gec təqdim edib.
Mais Ağayev onu da bildirdi ki, cərimə protokollarının hansı səbəbdən gec təqdim edilməsi ilə bağlı sürücüyə də agentlik tərəfindən məlumat verilib.