Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Eurovision” mahnımızın təqdimatı bu tarixdə olacaq - VİDEO

“Eurovision” mahnımızın təqdimatı bu tarixdə olacaq - VİDEO

Tarix: 12 Mart 2021 13:10

Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək mahnının təqdimat tarixi açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni Samirə Əfəndinin ifası və klipinin premyerası martın 15-də baş tutacaq.

Bundan əvvəl isə sənətçinin yer aldığı ekran işinin anons görüntüləri müsabiqənin rəsmi "YouTube" səhifəsində yayımlanıb. Layihəyə maraq böyük olub, bir neçə saata 100 mindən çox insan tərəfindən izlənilib.

Həmçinin, Samirənin ifa edəcəyi mahnının adı da müəyyənləşib. Belə ki, bəstə "Game of desire" (Nəfs oyunu) adlanır. Ehtimal olunur ki, təqdim olunan 6 mahnı arasında əslən Hindistandan olan rəqqasə, alman casus Mata Haridən (Marqareta Qertruda Zelle) bəhs edən musiqi parçası seçilib.

Milli.Az


Etiketlər:  Eurovision mahnımızın təqdimatı tarixdə olacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ