Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasında dəyişiklik edilib

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasında dəyişiklik edilib

Tarix: 12 Mart 2021 17:54

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda aşağıdakı dəyişikliklər edilir:

- 3.2-ci bənd ləğv edilsin.

- 3.11-ci bəndin ikinci cümləsində "3.2-ci və 3.8-ci bəndlərində" sözləri "3.8-ci bəndində" sözləri ilə əvəz edilsin.

- 3.17-ci bənd aşağıdakı redaksiyada verilsin:

"3.17. Təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir.".

- 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır:".


Etiketlər:  Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasında dəyişiklik edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ