Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident təqaüdçüsünün itirdiyi qədim balabanı tapıldı - VİDEO - FOTO

Prezident təqaüdçüsünün itirdiyi qədim balabanı tapıldı - VİDEO - FOTO

Tarix: 12 Mart 2021 17:54

Bir neçə gün əvvəl Prezident təqaüdçüsü balaban ifaçısı, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan Nicat Məsimov Səbail rayonunda yerləşən Xaqani bağında olan zaman içərisində qədim balaban alətləri olan çantasını itirib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bundan sonra N.Məsimov yaşı təxminən 100-150 il olan alətlərin tapılması üçün ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində N.Məsimovun çantasını tapan amma qaytarmaq üçün polis orqanlarına təhvil verməyərək özündə saxlayan şəxs qısa zamanda müəyyən edilib. Onun şəxsiyyəti dəqiqləşdirilib və balabanlar polislər tərəfindən qeyd edilən şəxsdən alınaraq N.Məsimova geri qaytarılıb. N.Məsimov balabanların qısa zamanda tapılaraq ona geri qaytarılmasında göstərdikləri operativliyə və onun müraciətinə belə həssas yanaşdıqlarına görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

Milli.Az


Etiketlər:  Prezident təqaüdçüsünün itirdiyi qədim balabanı tapıldı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ