Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İƏİT: İspaniya ötən il ən böyük iqtisadi kollapsa məruz qalıb

İƏİT: İspaniya ötən il ən böyük iqtisadi kollapsa məruz qalıb

Tarix: 12 Mart 2021 20:00

2020-ci ildə iqtisadi cəhətdən bütün inkişaf etmiş ölkələri bürüyən qlobal iqtisadi böhran İspaniyaya da ciddi ziyan vurub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) bu barədəki hesabatında bəyan edib. İƏİT-nin məlumatlarına görə, 2020-ci ildə dünya üzrə ÜDM-də azalma 7,6 faiz təşkil edib.

İƏİT-nin dünya üzrə yeni proqnozunda qeyd olunur ki, İspaniyada ÜDM-nin 11 faiz azalması Avropa İttifaqının istənilən iqtisadiyyat nəhənginin, hətta Cənubi Afrikanın (-7,2 faiz), Meksikanın (-8,5 faiz) və Argentinanın (10 faiz) iqtisadiyyatındakı mövcud tənəzzülü üstələyir.

İspaniya ÜDM-ində tarixi azalma turizm və qonaqpərvərlik sektorundakı mövcud asılılıqla bağlıdır. İƏİT İspaniyada ÜDM-nin azalmasını həm də koronavirus pandemiyası əleyhinə mübarizə tədbirlərinin ləngiməsi ilə əlaqələndirir. Bununla belə, İƏİT 2021-ci ildə İspaniyanın iqtisadiyyatının 5,7 faiz və 2022-ci ildə isə 4,8 faiz artacağını ehtimal edir.

İƏİT-in verdiyi proqnoza görə, Aİ iqtisadiyyatı 2021-ci ildə 3,9 faiz, 2022-ci ildə isə 3,8 faiz artacaq. Eyni zamanda, dünya iqtisadiyyatı 2021-ci ildə 5,6 faiz bərpa olunacaq ki, bu da 1,4 bənd nəzərəçarpacaq artım deməkdir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ümidverici proqnozları effektiv peyvənd kampaniyasının aparılması, bəzi ölkələrdə, xüsusən də ABŞ-da əlavə maliyyə tədbirlərinin elan edilməsi və koronavirusla mübarizədə uğurlu tədbirlərin görülməsi ilə əlaqədardır.

Milli.Az


Etiketlər:  İƏİT İspaniya ötən il ən böyük iqtisadi kollapsa məruz qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ