Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT-nin Əhali Fondu: koronavirusun yayılması ən çox qadınlar və qızların vəziyyətinə təsir edib

BMT-nin Əhali Fondu: koronavirusun yayılması ən çox qadınlar və qızların vəziyyətinə təsir edib

Tarix: 12 Mart 2021 22:20

1,4 milyondan çox planlaşdırılmamış hamiləlik halları təcridolma rejimi və pandemiya ilə bağlı aparılan mübarizənin nəticələrindən biridir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) yeni məruzəsində deyilir.

Məruzə müəllifləri qeyd edirlər ki, koronavirusun yayılması hər kəs üçün fəlakətli nəticələrə gətirib çıxarıb, lakin ən çox qadın və qızların vəziyyətinə təsir edib. Onların bir çoxu kontrasepiv vasitələrə və ya ginekoloqun köməyinə çıxış imkanından məhrum olublar.

Axı pandemiya şəraitində bütün qüvvələr koronavirusla mübarizəyə atıldı, bir çox poliklinikalar yalnız təcili yardım göstərirdi, planlı əməliyyatlar və profilaktik müayinələr daha yaxşı zamana qədər təxirə salınmışdı.

UNFPA məruzəsinin müəllifləri, 12 milyon qadının böhran səbəbindən reproduktiv sağlamlıq sahəsində problemlər yaşadığını qeyd ediblər. Bundan əlavə, qadınlar özləri də COVID-19-a yoluxma qorxusu ilə həkimə müraciət etməyiblər. Bir sıra ölkələrdə beynəlxalq ticarətdə məhdudiyyətlər nəticəsində satışda kontraseptiv vasitələr mövcud olmayıb. Bütün bunlar uşaq sahibi olmağı planlaşdırmayan 1,4 milyon qadının hamilə qalmasına gətirib çıxarıb.

UNFPA məruzəsi martın 11-də - pandemiyanın elan olunmasının ili günü dərc edilib.

Milli.Az


Etiketlər:  Əhali Fondu koronavirusun yayılması çox qadınlar qızların vəziyyətinə təsir edib


RƏYLƏR