Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 09:24
Biləsuvarda mikroavtobus aşıb, ölən var.
Sonxeber.net APA-ya istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.
Mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, nəqliyyat vasitəsinin içində olan şəxslərdən 1 nəfər ölüb, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.