Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 15:18
Abşeron, İmişli və Şabran sakinlərindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bəhrəmtəpə qəsəbə sakinləri F.Maqsudovda və R.Əsədovda müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-16" markalı ov tüfəngi aşkarlanıb.
Bundan başqa, Şabran RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə Xəlilli kənd sakini F.Məmmədovdan müvafiq sənədləri olmayan nömrəsi silnmiş "TOZ-16" markalı ov tüfəngi və 10 ədəd patron götürülüb.
Abşeron RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Məmmədli kənd sakini, əvvəllər məhkum olunmuş C.Məcidovda "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd güllə aşkar edilib.
Hər 3 faktla bağlı araşdırma aparılır.