Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda meteoroloji yenilik - VİDEO

Azərbaycanda meteoroloji yenilik - VİDEO

Tarix: 13 Mart 2021 16:12

Göygöl və Şamaxıda erkən xəbərdarlıq sistemi quraşdırılıb

Milli.Az REAL TV-yə istinadən bildirir ki, Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinə adaptasiya çərçivəsində təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sistemini yaradır.

Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən dövlət investisiya proqramları çərçivəsində meteoroloji radarların lider istehsalçısı olan ABŞ-ın "BARON" şirkətindən 2 ədəd son nəsil Dopler meteoroloji radar alınıb.

ETSN-İN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, Azərbaycan İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalayaraq atmosfer havasına buraxılan parnik qazlarının 2030-cu ilədək 35 faiz azaldılması barədə öz üzərinə öhdəlik götürməklə iqlim dəyişmələri ilə bağlı problemlərin həlli istiqamətində töhfəsini verir.

Eyni zamanda yeni texnologiyaların tətbiqi ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ABŞ mütəxəssisləri tərəfindən təlimlərdə iştirak edir.

"Radar sistemi ilə əlaqədar olaraq biz Göygöl və Şamaxıda treninqləri başa çatdırmışıq. Əməliyyat sistemləri ilə əlaqədar olaraq isə sonuncu həftə bizim treninqlərimiz oldu. Bu treninqləri də uğurla başa çatdırdıq. Bu radar sistemləri Baron şirketinin müasir sistemlərinə aiddir və Azərbaycan Hidrometeorologiya Xidmətlərinin göstərilməsində, proqnozların verilməsində istifadə olunacaq. Eyni zamanda avadanlıq kəskin hava şəraitləri haqqında məlumat verəcək", - Radar sistemi üzrə baş texnik Cef Olofson deyib.

"Biz çox şadıq ki, Azərbaycanda iki metroloji radar sisteminin quraşdırılmasını uğurla həyata keçirdik. Bildirmək istəyirəm ki, bu layihə yalnız Azərbaycan yox bütün region üçün vacibdir. Dəqiq məlumatların verilməsi baxımından vacib layihədir", - "Spes Osnaşeniya" şirkətinin rəhbəri Aliya Nurakişeva bildirib.

Sendal çərçivə proqramında 2030-cu ilədək ölkələrdə təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sisteminin yaradılmasının zəruriliyi göstərilir.

Ümumiyyətlə Azərbaycanda hidrometeoroloji xidmətlərin modernləşdirilməsi istiqamətində təkcə son iki il ərzində 25 hidroloji, 4 dəniz, havanın keyfiyyətinin monitorinqi üzrə isə 5 avtomatlaşdırılmış stansiya quraşdırılıb. Bunun nəticəsində hidrometeotəminat keyfiyyətcə daha yeni səviyyəyə qaldırılaraq iqlim dəyişmələrinin təsirlərinə həssaslığın azalmasına imkan yaranıb.

Bundan əlavə xarici mütəxəssislər tərəfindən proqram təminatı üzrə təlim keçmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına sertifikatlar təqdim edilib.

Milli.Az


Etiketlər:  Azərbaycanda meteoroloji yenilik VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ