Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il dünyada öldürülən jurnalistlərin sayı açıqlandı

Ötən il dünyada öldürülən jurnalistlərin sayı açıqlandı

Tarix: 15 Mart 2021 09:50

2020-ci ildə dünyada 65 jurnalist qətlə yetirilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Jurnalistlərin Beynəlxalq Federasiyası təşkilatının hesabatında bildirilir.

Bu, 2019-cu il ilə müqayisədə 17 nəfər çoxdur. Ötən il jurnalistlər üçün təhlükəli ölkə Meksika və Əfqanıstan hesab olunub. İl ərzində hər ki ölkədə 10 jurnalist qətlə yetirilib.

Bundan başqa, Suriya, Hindistan və Pakistan da jurnalistlər üçün təhlükəli ölkələr siyahısına salınıb.

Hesabatda bildirilir ki, 1990-cı ildən bu günədək dünyanın müxtəlif ölkələrində 2680 media nümayəndəsi öldürülüb.


Etiketlər:  Ötən dünyada öldürülən jurnalistlərin sayı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ