Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hansı kişi qəbul edir ki, xanımı gecə 12-də gəlsin?''

''Hansı kişi qəbul edir ki, xanımı gecə 12-də gəlsin?''

Tarix: 15 Mart 2021 12:50

Əməkdar artist Rühəngiz Allahverdiyeva şəxsi həyatından danışıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "Həmin Zaur" proqramında danışıb. O, "Sənətlə ailə həyatı bir gedir? Sizin həyat yoldaşınız istəməyib müğənni olasınız" sözlərinə belə cavab verib:

"Hansı kişi istəyir? Kim istəyər ki, xanımı evə gecə 12-də gəlsin? Anlayışlı, sənəti anlayan kişi başa düşər. Bəzən olar ki, müğənnidən xoşu gələr, sənətini sevər evlənər. Onda qəbul edirlər. Amma heç evlənməsən yaxşıdır.

Ailə gözəldir, amma evdə oturub, mətbəxdə işini görəsən. Səhnədə oxuyursan, kiminsə xoşu gəlir. Bunu hansı kişi götürər? Evimizdə dava olmayıb, amma həyat yoldaşım kiminləsə şəkil çəkdirməyə qoymayıb. Bir dəfə 10 yaşında uşaqla şəkil çəkdirdim, dalaşdı. Deyir, o da böyüyüb kişi olacaq".


Etiketlər:  Hansı kişi qəbul edir xanımı gecə gəlsin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ