Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 14:57
Etirazların hər gün artdığı Ermənistanda vəziyyət daha da gərginləşir. Hakimiyyət sosial problemlərdən qurtulmaq üçün hərbi büdcəsini azaltmağı planlaşdırır. Keçirilmiş rəy sorğusunda vətəndaşlar da müharibədəki biabırçı məğlubiyyətdən sonra hərbi büdcəni azlatmağın tərəfdarı olduqların bildiriblər. Çünki ölkədə iqtisadi böhran o qədər dərinləşib ki, hökumət maaş və pensiyaları verməkdə ciddi çətinliklə üzləşib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, artıq ölkə hakimiyyəti sözügedən məsələni fəal şəkildə müzakirə edir. "168.am" nəşri yazır ki, sözügedən təklif iki dəfə müzakirədən keçirilib. Bunlardan biri hökumət üzvləri arasında, digəri isə müdafiə nazirliyində olub.
Beynəlxalq məsələlər üzrə ekspert Soltan Zahidov qeyd edib ki, baş verən iğtişaşlar, aylardır davam edən siyasi böhran və bunun yaratdığı ciddi sosial problemlər ermənistan hakimiyyətini çətin vəziyyətdə qoyub.
Revanşist siyasətin ölkəni məhvə aparacağını bilən siyasətçilər hərbi büdcəyə ayrılan məbləğin sosial rifahın yaxşılaşdırılması üçün xərclənməli olduğunu bildirirlər. Müdafiə nazirliyinin nümayəndələri isə əllərində heç bir hərbi texnikanın qalmadığını, canlı qüvvənin kəskin azaldığını əsas gətirərək orduya əlavə vəsaitin ayrılmalı olduğunu vurğulayırlar. Ekspertin sözlərinə görə mövcud vəziyyət, bərbad maliyyə imkanları hərbi büdcəni artırmağa imkan vermir. Vəziyyət o həddə gəlib ki, hökumət pensiya və maaşları verməkdə çətinlik çəkir.
İqtisadi böhran səbəbindən Ermənistanda büdcə balansı da pozulub. Belə ki, ötən il büdcə kəsirləri kapital qoyuluşunu üstələyib. Ekspert əlavə edib ki, Ermənistanda müharibənin yaratdığı ciddi iqtisadi və siyasi böhran hələ uzun müddət davam edəcək.