Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ata Abdullayevin yeni görüntüləri yayıldı - VİDEO

Ata Abdullayevin yeni görüntüləri yayıldı - VİDEO

Tarix: 16 Mart 2021 21:56

Dövlət Təhlükəsizliyi Xidməti (DTX ) tərəfindən saxlanılan videobloqer Ata Abdullayevin görüntüləri yayılıb.

Sonxeber.net bildirir ki, Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edərək Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məhkəmə prosesində çıxış üçün söz verilərkən bloqer Abdullayev zalda diz çöküb yalvararaq hakimdən onu bağışlamasını xahiş edib.

Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir.

İlkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.

Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.


Etiketlər:  Abdullayevin yeni görüntüləri yayıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ