Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Formula 2 yarışlarında sıralanma turunun qalibi məlum oldu

Formula 2 yarışlarında sıralanma turunun qalibi məlum oldu

Tarix: 26 Aprel 2019 16:32

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda Formula 2 yarışlarının sıralanma turu başa çatıb.

Trend-in məlumatına görə, "Carlin" komandasının pilotu Nobuhari Matsuşita Bakıda keçirilən Formula 2 yarışında sıralama turunun qalibi olub.

“ART Grand Prix” komandasının təmsilçisi Nik de Vries ikinci, “UNİ-Virtuosi”nin pilotu Luka Qiotti isə üçüncü yeri tutublar.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.


Etiketlər:  Formula 2 yarışlarında sıralanma turunun qalibi məlum oldu


RƏYLƏR