Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2021 16:56
"Koronavirusa qarşı peyvəndlərin hər birinin təsirləri müxtəlif ola bilər".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "COVID-19, vaksinasiya və gigiyena" mövzusunda çıxışında deyib. O bildirib ki, birinci doza vaksin vurulduqdan sonra peyvəndə qarşı allergik reaksiyası olan şəxslərə vaksin vurmaq olmaz. Bundan başqa, xroniki xəstəliyi kəskinləşən vaxt həmin şəxs peyvənd vurdurmamalıdır. Xəstəlik normalaşandan sonra vaksin vurdurmaq olar. Onkoloji xəstələr də aktiv müalicə zamanı vaksin vurdura bilməz.
Onun sözlərinə görə, 500 minə yaxın insan vaksinasiyadan keçib, amma elə bir ağırlaşma halları olmayıb: "Bununla bağlı Səhiyyə Nazirliyinə müraciətlər edilməyib".