Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarşısına çıxan avtomobilləri əzib keçir... Sürücü qəzaları bilərəkdən törədib? - VİDEO

Qarşısına çıxan avtomobilləri əzib keçir... Sürücü qəzaları bilərəkdən törədib? - VİDEO

Tarix: 18 Mart 2021 15:58

Görüntülər qəza törədən sürücü Kənan Davud tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Həmin sürücü idarə etdiyi "offroad" avtomobilinə video qeydiyyat cihazı quraşdırıb. O, paytaxt ərazisində yol hərəkəti qayalarını pozaraq qarşısına çıxan avtomobillərə yol verməyərək sanki bilərəkdən onları əzir. Daha doğrusu sosial şəbəkələrdə paylaşdığı videolardan belə görünür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sürücü Kənan Davudun bu paylaşımından sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məsələni nəzarətə götürərək onu idarəyə dəvət ediblər.

Sürücünün dediyinə görə, həmin "offroad" avtomobilini 1 ildən çoxdur ki, satıb. Qəzalar isə 4-il əvvəl olub və həmin hadisələri bilərəkdən etməyib.

Kənan Davud iddia edir ki, onun bu paylaşımı sosial şəbəkə istifadəçiləri arasında səhv başa düşülüb. Deyir ki, məqsədi mütəmadi belə qayda pozanların həmin videoları görməsi və bundan mümkün qədər yayınmalarına çağırış olub. Sürücü onu da deyir ki, baş verən qəzalardan maksimum dərəcədə yayınmağa çalışıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli isə deyir ki, Kənan Davudun iştirakı ilə müxtəlif vaxtlarda baş vermiş hadisələr yol polisi əməkdaşları tərəfindən araşdırılıb və bütün qəzalara hüquqi qiymət verilib.

Qeyd edək ki, araşdırma zamanı məlum olub ki, sürücü bir ilə yaxındır idarə etdiyi digər avtomobillə heç bir qəza törətməyib. Onun izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Milli.Az


Etiketlər:  Qarşısına çıxan avtomobilləri əzib keçir Sürücü qəzaları bilərəkdən törədib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ