Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2021 12:38
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2020-ci ilin mart-dekabr ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145.8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib.
Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən ilin aprel-dekabr ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 385.000 manat məbləğində müddətli əlavə ödənilib. Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, 138.500 manat məbləğində mükafat ödənilib.
Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:
Aylar |
Dövlət tibb müəssisələri üzrə |
Özəl tibb müəssisələri üzrə |
Könüllülər üzrə |
Cəmi |
|
Tibb işçiləri |
Qeyri-tibb işçiləri |
||||
Mart |
9.7 milyon manat (21 010 nəfərə) |
1.9 milyon manat (3378 nəfərə) |
- |
- |
11.7 milyon manat |
Aprel |
11.5 milyon manat (10 300 nəfərə) |
2.5 milyon manat (2868 nəfərə) |
82.216 manat (49 nəfərə) |
7000 manat (28 nəfərə) |
14.1 milyon manat |
May |
11.7 milyon manat (8903 nəfərə) |
2.4 milyon manat (2658 nəfərə) |
105.011 manat (43 nəfərə) |
8500 manat (34 nəfərə) |
14.3 milyon manat |
İyun |
15.5 milyon manat (11710 nəfərə) |
2.6 milyon manat (3074 nəfərə) |
89.782 manat (42 nəfərə) |
7750 manat (31 nəfərə) |
18.2 milyon manat |
İyul |
17.3 milyon manat (12756 nəfərə) |
2.6 milyon manat (3049 nəfərə) |
44.242 manat (24 nəfərə) |
14.500 manat (58 nəfərə) |
20 milyon manat |
Avqust |
15 milyon manat (11424 nəfərə) |
2.2 milyon manat (2667 nəfərə) |
18.992 manat (9 nəfərə) |
16.500 manat (66 nəfərə) |
17.2 milyon manat |
Sentyabr |
12 milyon manat (9460 nəfərə) |
1.8 milyon manat (2514 nəfərə) |
23.700 manat (13 nəfərə) |
23.750 manat (95 nəfərə) |
13.8 milyon manat |
Oktyabr |
11.6 milyon manat (9405 nəfərə) |
1.9 milyon manat (2369 nəfərə) |
5.603 manat (2 nəfərə) |
9.500 manat (38 nəfərə) |
13.5 milyon manat |
Noyabr |
17.7 milyon manat (13 641nəfərə) |
2.3 milyon manat (3114 nəfərə) |
6.340 manat (3 nəfərə) |
22.000 manat (88 nəfərə) |
20 milyon manat |
Dekabr |
23.6 milyon manat (15 929 nəfərə) |
2.8 milyon manat (3323 nəfərə) |
9.172 manat (4 nəfərə) |
29.000 manat (116 nəfərə) |
26.4 milyon manat |
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 yanvar 2021-ci il tarixli 2 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarınam müddətli əlavələrin ödənilməsi 2021-ci il martın 31-dək uzadılıb.