Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oğuzda 5 çayda bəndlər tikilir - VİDEO

Oğuzda 5 çayda bəndlər tikilir - VİDEO

Tarix: 19 Mart 2021 14:06

Rayonda su itkisinin qarşısını almaq üçün torpaq kanallar betonlanır.

Milli.Az Real TV-yə istinadən bildirir ki, Oğuzda sel təhlükəsinin qarşısını almaq üçün xüsusi bəndlərin tikilməsi prosesi davam edir.

Xüsusilə payız və yaz aylarında rayonda olan çayların daşma təhlükəsi yaranır. Bu kimi halların qarşısını alma üçün artıq ötən ildən Daşağıl çay sistemində köhnə bənd yeni beton bəndlə əvəz edilib. Çay su qəbuledici qurğu istifadəyə verilib.

Qeyd edək ki, bu vaxtadək kənd sakinləri alternativ üsullardan istifadə etməklə əkin sahələrini suvarmağa çalışıblar. Yeni su qəbuledici qurğunun inşasından sonra isə, suvarma ilə bağlı olan problem bir dəfəlik öz həllini tapıb.

Rayon ərazisindən axan 5 çay sistemindən biri olan Qala çayında da ətrafda yerləşən kəndlərdə sel təhlükəsi olmasın deyə mütəmadi olaraq işlər aparılır.

Rayonda olan 10 min 653 hektar suvarılan torpaq sahəsi 570 kilometr kanallardan gələn su ilə suvarılır. Bu kanallar torpaq məcralı olduğundan yayda suyun azalması ilə itkiyə səbəb olurdu. Bunun qarşısının almaq üçün 2019-cu ildən başlanaraq kanallarda betonlaşma işlərinə start verilib

Qeyd edək ki, Oğuz rayonunda suvarma mövsümü ilə əlaqədar olaraq əkin sahələrini n yerlədiyi kəndlərdə sahələrin vaxtında suvarılması üçün işlər sürətlə dəvam edir.

Milli.Az


Etiketlər:  Oğuzda 5 çayda bəndlər tikilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ