Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 11:09
Lüksemburq xarici işlər naziri Jan Asselborn ilk dəfə deyil ki, Azərbaycan ilə bağlı qərəzli, tamamilə əsassız və bölgədə sülh və sabitliyin təmin olunmasına xidmət etməyən bəyanatlarla çıxış edir.
Azərbaycan Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, bu barədə Nazirliyin Mətbuat xidməti idarəsinin Lüksemburq xarici işlər nazirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı suala verdiyi cavabına dair şərhində bildirilib.
Nazirlik qeyd edib: "Lüksemburq Parlamentinin üzvünün suallarına cavabında Jan Asselbornun erməni propaqandasının tezislərini təkrarladığı diqqətdən yayınmır.
Yaxşı olardı ki, Lüksemburq xarici işlər naziri digər bölgələrdəki vəziyyətlə bağlı açıqlama vermədən öncə təmsil etdiyi ölkənin etibarlılığına xələl gətirməmək adına ən azı mövcud həqiqətlərlə tanış olsun".