Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda 44 min manatı taksidə unutdu - Sürücü avtomobili şirkətə təhvil verib yoxa çıxdı

Bakıda 44 min manatı taksidə unutdu - Sürücü avtomobili şirkətə təhvil verib yoxa çıxdı

Tarix: 20 Mart 2021 16:22

Bakıda şirkət əməkdaşı internet üzərindən sifariş etdiyi taksidə 44 min manat pulunu yaddan çıxarıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Elxan İsrafilov üzərində külli miqdarda pulla banklardan birinə gedirmiş. O, sifariş etdiyi "Toyota" markalı taksi ilə ünvana gedib və Nəsimi rayonu ərazisində taksidən düşüb.

Bu zaman 26 min dollar (44 min manat) pulu maşında unudub, sürücü isə ərazidən uzaqlaşıb.

E.İsrafilov polisə müraciət edib və araşdırma zamanı məlum olub ki, onun sifariş etdiyi taksinin sürücüsü Seymur İsmayılzadə ad-soyadlı şəxs olub.

Məlumata görə, həmin şəxs şirkətdən icarəyə götürdüyü avtomobili elə həmin gün təhvil verib və işdən çıxıb.

Hazırda Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Bakıda 44 min manatı taksidə unutdu Sürücü avtomobili şirkətə təhvil verib yoxa çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ