Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya hipersəs silahlarla təchiz edilmiş xüsusi təyinatlı qüvvələr yaradır

Britaniya hipersəs silahlarla təchiz edilmiş xüsusi təyinatlı qüvvələr yaradır

Tarix: 22 Mart 2021 11:14

Böyük Britaniya hipersəs silahlarla təchiz edilmiş yeni xüsusi təyinatlı briqada yaradır.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu məqsədlə 6.6 milyard funt sterlinq vəsaitin xərclənəcəyi planlaşdırılır.

Britaniya mətbuatında dərc edilmiş məlumatlara görə, sözügedən qüvvələr krallıq ordusunun modernləşdirilməsi strategiyasının tərkib hissəsi olaraq reallaşdırılacaq. 

Həmçinin, bildirilib ki, modernləşdirmə strategiyası çərçivəsində quru qoşunlarına əlavə 3 milyardlıq vəsait ayrılacaq. Ayrılan vəsait 4 alayı əhatə edəcək Xüsusi Əməliyyat Briqadasının yaradılmasına xərclənəcək.

Layihəyə uyğun olaraq, 10 minə yaxın hərbi qulluqçunun maaşında azalmalar müşahidə ediləcək.


Etiketlər:  Britaniya hipersəs silahlarla təchiz edilmiş xüsusi təyinatlı qüvvələr yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ