Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada qubernator həbs olundu - 31 milyon rüşvət alıb

Rusiyada qubernator həbs olundu - 31 milyon rüşvət alıb

Tarix: 22 Mart 2021 16:08

Moskvanın Basman Məhkəməsinin qərarı ilə Penza vilayətinin qubernatoru İvan Belozertsev 31 milyon rubldan çox rüşvət almaq ittihamı ilə iki ay müddətinə həbs edilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Məhkəmə istintaqın Belozertsev barəsində 20 may tarixinə qədər həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətini təmin edib. Onun ev dustaqlığına buraxılması barədə vəsatət təmin edilməyib.

Basman Məhkəməsinin hakimi Natalya Dudar qeyd edib ki, ev dustaqlığı şəklində həbs qətimkan tədbirinin seçilməsi Belozertsevin istintaq orqanlarına mane olmaq və dəlilləri məhv etmək imkanını istisna etməyəcək.


Etiketlər:  Rusiyada qubernator həbs olundu milyon rüşvət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ