Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2021 08:03
Uşaqlıq qanaxmaları follikulların persistensiyası və atreziyası fonunda əmələ gəlir.Bu zaman estrogenlərin sabit,monoton ifrazı təmin edilir.Yəni,ovulyasiya olmur,sarı cism əmələ gəlmir,estrogenlərin uzun müddətli təsiri nəticəsində isə endometriyada hədsiz miqdarda proliferasiya baş verir.Bu da endometriyanın ayrıca hissələrə bölünməsinə səbəb olur və qanaxmaların müddəti uzanır.
Disfunksional uşaqlıq qanaxmalarının aşağıdakı hallarda baş verə bilir:
- hormonal pozğunluqlar olduqda
- psixi sarsıntılar zamanı
- vitamin çatışmazlığı zamanı
- infeksion xəstəliklər zamanı
- orqanizmdə intoksikasiyalar baş verdikdə
Disfunksional uşaqlıq qanaxmaları aybaşının 1-2 həftəsindən 2 aya qədər və daha çox baş verə bilir.Bu qanaxmalara ən çox qızlar arasında rast gəlinir və aşağıdakı əlamətlər baş verir:
* qanazlığı
* baş gicəllənmə
* baş ağrıları
* halsızlıq
* zəiflik
* ürək döyünmə
* iştahsızlıq
* əsəbi gərginlik
* ağlağanlıq
Müayinə zamanı xəstənin dərisinin və selikli qişaların solğunluğu, taxikardiya,arterial təzyiqin düşməsi müşahidə edilir.
Müalicə ginekoloqlar tərəfindən aparılır.