Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2021 14:18
Əcnəbi jurnalist Heyli Riçardson Rusiya prezidenti Vladimir Putinin Sibirdə tayqada dincələn zaman əynindəki geyimin qiyməti ilə bağlı araşdırma aparıb.
Sonxeber.net xəbər verir ki, onun araşdırması Daily Mail-də yerləşdirilib. Nəşrin məlumatına görə, Putin başdan-ayağa kimi qoyun dərisindən tikilən geyimdə olub. Prezidentin əynində olan paltarların qiyməti 700 funt-sterlinqə başa gəlib. 300 funt parçaya, 500 funta yaxın vəsait isə dərzilərə verilib.