Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2021 17:00
FİFA Müstəqil Etika Komitəsinin Məhkəmə Palatası qurumun keçmiş prezidenti Jozef Blatter və baş katibi Jerom Uolkeni etika qaydaların müxtəlif pozuntularında təqsirli bilib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bu barədə FİFA-nın mətbuat xidməti xəbər verib.
Blatter və Uolkenin cəzası 6 il 8 ay müddətinə nəzərdə tutulub. Üstəlik, onlar 1 milyon İsveçrə frankı məbləğində cərimə ödəməlidirlər.
2015 və 2016-cı illərdə Blatter və Uolkeyə tətbiq edilmiş qarşı qoyulmuş qadağalar hələ ləğv edilmədiyindən, yeni cəza əvvəlkinin bitməsindən sonra qüvvəyə minəcək.