Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2021 22:54
Rusiyanın Samara vilayətində azərbaycanlı sahibkarı aldadan şəxsin məhkəməsi olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycandan olan sahibkara qarşı fırıldaqçılıqda təqsirləndirilən yerli sakinə 1 il 6 ay müddətinə icbari iş cəzası verilib.
İstintaq materiallarına əsasən, 2016-cı ildə Samara sakini azərbaycanlı iş adamı ilə dəyəri 1,087 rubl (təxminən 25 min manat) olan 16 tondan artıq nar almaq barədə saziş imzalayıb. Lakin aldığı malın haqqını ödəməkdən imtina edib.