Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə iki qardaş evində bıçaqlandı - YENİLƏNİB

Gəncədə iki qardaş evində bıçaqlandı - YENİLƏNİB

Tarix: 26 Mart 2021 10:42

10:40

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, martın 25-də axşam saatlarında Gəncə şəhər sakinləri 28 yaşlı Osman Dadaşov və qardaşı 30 yaşlı Salman Dadaşovun bıçaq yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.

İlkin araşdırma zamanı məlum olub ki, 1994-ci il təvəllüdlü Gəncə şəhər sakini Nicat Qurbanov ailə münaqişəsi zamanı, bacısının həyat yoldaşı Osman Dadaşovu və sonuncunun qardaşı Salman Dadaşovu bıçaqla qəsdən vuraraq döş qəfəslərinin daxilinə keçən kəsilmiş-deşilmiş yaraları xəsarəti yetirib.

RPİ-nin əməkdaşlarının "isti izlər"lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində N.Qurbanov saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar aparılır.

--------

25.03.2021 - 23:43

Gəncədə iki qardaşın bıçaqlanması faktı qeydə alınıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib.

Bıçaqlanan şəxslər 1991-ci il təvəllüdlü Dadaşov Salman Aydın oğlu və onun qardaşı 1992-ci il təvəllüdlü Dadaşov Osman Aydın oğludur. Hər ikisi xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat olunublar.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Fakt araşdırılır.


Etiketlər:  Gəncədə qardaş evində bıçaqlandı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ