Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2021 23:27
Diş ağrısı yaxınlaşan infarktın əlaməti ola bilər.
Sonxeber.net xəbər verir ki, bunu "Express" portalına həkim-terapevt Alka Patel bildirib.
Onun sözlərinə görə, belə ağrı daha öncə stomatoloji problemləri olmayan insanlarda xüsusi narahatlıq doğurmalıdır.
"Bu, çənə şöbəsi vasitəsilə beyindən ürəyə keçən dolaşan sinirin mövcudluğu ilə bağlıdır", - həkim izah edib.
İnfarkt ürək əzələsinin qan dövranının kəskin çatışmazlığı ilə bağlı ağır patoloji vəziyyətdir. (publika.az)