Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 09:42
Ukrayna 20 milyon vətəndaşını itirə bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ukraynalı siyasətçi, keçmiş deputat Yevgeni Murayev deyib.
Onun sözlərinə görə, müstəqillik illərində Ukrayna demoqrafik baxımdan böyük itkilərə məruz qalıb:
"İllik ölüm sayı 600 min təşkil edir, doğum sayı isə illik təxminən 300 mindir".
Siyasətçi həmçinin ciddi emmiqrasiya məsələsinə də diqqət çəkib:
"Hazırda 10 milyon vətəndaşımız xaricdə çalışır. Təsəvvür edin ki, onlar iş tapanda öz ailələrini Ukraynadan aparacaqlar. Dərhal 20 milyon vətəndaşımız azalacaq".