Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Robot Sofianın çəkdiyi əsər 1 milyona satıldı - FOTOlar

Robot Sofianın çəkdiyi əsər 1 milyona satıldı - FOTOlar

Tarix: 28 Mart 2021 18:02

Məşhur robot Sofianın çəkdiyi incəsənət əsəri hərraca çıxarılıb.

Sonxeber.net Axşam.az-a istinadən bildirir ki, tablo auksionda 668 min 888 dollara (1 milyon 137 min manata) alıcı tapıb.

Əsəri alan şəxsin kimliyi gizli saxlanılır. Sofianın yaradıcısı Devid Henson incəsənət nümunəsinin tez zamanda bu qədər baha qiymətə satılmasına təəccübləndiyini bildirib. Robota bu tablonu çəkməkdə italiyalı rəssam Endryu Baneseto da kömək edib.

Qeyd edək ki, Sofia dünyada ilk süni intellektli humanoid robotdur. Mərkəzi Honq Konkda yerləşən "Hanson Robotics" şirkəti tərəfindən 2016-cı ildə yaradılıb.O, süni intellekt əsasında  insanla ünsiyyət saxlaya və fikir mübadiləsi apara bilir.


Etiketlər:  Robot Sofianın çəkdiyi əsər milyona satıldı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ