Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündə iki meyvə, üç tərəvəz - Ömrü uzadır

Gündə iki meyvə, üç tərəvəz - Ömrü uzadır

Tarix: 28 Mart 2021 23:12

Fransız mütəxəssislərinin araşdırmasına görə, gündə 2 pors meyvə və 3 pors tərəvəz yemək ömrü uzadır.

Sonxeber.net xəbər verir ki, 30 ilə yaxın 100 mindən çox insan üzərində aparılan araşdırmaya görə, gündə 5 pors tərəvəz və meyvə yemək ömrü uzadır. İnsan ömrünü uzadan ən yaxşı tərəvəz və meyvələri açıqlayan Amerika Ürək Mərkəzi bunları "İspanaq, kahı və kələm kimi yaşıl yarpaqlı tərəvəzlər, beta-karoten baxımından zəngin meyvələr" olaraq sıralayıb.

ABŞ-da aparılan başqa bir araşdırmada da bu təsdiqlənib. Belə k, Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya və Afrikadakı 26 fərqli ölkədən olan 100 mindən çox insanın statistikası araşdırılıb. Araşdırma nəticələrinə görə, gündə iki pors meyvə və üç pors tərəvəz yeyənlər digərilərinə görə 13 faiz daha uzun yaşayır. Bundan başqa ürək və infarkt olmaqla bir sıra xəstəliklərin qarşısını alıır. Xərçəng riskini 10 faiz, tənəffüs yolu xəstəliklərini isə 35 faiz azaldır.

Araşdırmada həmçinin qeyd edilir ki, gündə 5 porsdan daha çox meyvə və tərəvəz yeməyin heç bir faydası yoxdur. /medicina.az


Etiketlər:  Gündə meyvə üç tərəvəz Ömrü uzadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ