Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətanət Əliverdiyeva ''Space''dən də getdi?

Mətanət Əliverdiyeva ''Space''dən də getdi?

Tarix: 29 Mart 2021 12:30

Aparıcı Mətanət Əliverdiyevanın "Space" telekanalındakı "Mətanətli səhər" adlı proqramı artıq uzun müddətdir yayımlanmır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, açıqlamasında studiyada dekorasiya dəyişikliyi etmək üçün qısa fasilə verdiyini, proqramın yaxın günlərdə yenidən yayımlanacağını demişdi. Artıq 1 aydan çoxdur ki, sözügedən telekanalda səhər verilişi yayımlanmır.

"Öz planlarım var, yeniliklər edəcəm. Uzağı bir-iki həftə tamaşaçılar gözləməli olacaq. Allah hər şeyi yaxşılığa doğru edir" deyə, Əliverdiyeva Axşam.az-a açıqlamasında deyib. 

Əldə etdiyimiz məlumata görə, M.Əliverdiyeva artıq səhər verilişinə aparıcılıq etməyəcək. Belə ki, "Space" səhər proqramı üçün dörd aparıcı ilə anlaşıb. Verilişi Afət Abdullayeva, Anar Cəfərov, Aygün Akif, Elgün Hüseynov aparacaq. Hazırda layihə üzərində hazırlıq işləri gedir.

Qeyd edək ki, Afət və Anar uzun müddət ATV-də çalışıblar. Anar fəaliyyətini daha sonra "Xəzər TV"də davam etdirib. Afət tamaşaçılara "Şarm" və "Xalq ulduzu" proqramlarından tanışdır. O, müğənni Elvin Abdullayevlə ailəlidir.

Milli.Az


Etiketlər:  Mətanət Əliverdiyeva Spacedən getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ