Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 08:44
Braziliyanın San-Paulo şəhərinin rəhbərliyi COVID-19 infeksiyası səbəbindən ölənlərin cəsədlərini daşımaq üçün nəqliyyat vasitələrinin sayını ikiqat artıracaq, həmçinin bu məqsədlə məktəb avtobuslarından da istifadə oluna bilər.
Bu barədə "CNN Brasil" məlumat yayıb.
"Mənə 130-a yaxın avtobus sahibinin məlum məsələ ilə bağlı iclasda iştirak etmələri barədə məlumat verilib. Onlar cəsədləri daşımaq üçün nəqliyyat vasitələrinin rəng sxemini dəyişdirməli, oturacaqları sökməlidir. Daha sonra bu avtomobillər məktəblərə qaytarılacaq? İşçilər məhz bundan çəkinirlər və nə üçün bununla razılaşmadıqlarını başa düşürəm", - deyə San-Paulo şəhərinin məktəb nəqliyyatı sahəsi üzrə həmkarlar ittifaqının sədri açıqlamasında bildirib.
Qeyd olunur ki, koronavirusa yoluxanların ölüm sayının artdığı görə, San-Pauloda ölənlərin cəsədlərini daşıyan avtomobillərin sayı 45-dən 94-dək artırılıb.