Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 09:50
Rusiya sülhməramlıları Kəlbəcər bölgəsinə 80 ton humanitar yükün çatdırılmasını təmin edib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, sosial obyektlərin, yaşayış evlərinin enerji və su təchizatı sistemlərinin bərpası üçün 15 hərbi KAMAZ avtomobili və müşayiətedici nəqliyyat vasitələrindən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin on birinci karvanı Xankəndi-Suqovuşan - Kəlbəcər marşrutu ilə hərəkət edərək 80 ton yükü Kəlbəcər rayonuna çatdırıb. Yük elektrik avadanlıqları, tikinti avadanlığı və materiallarından ibarət olub.Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə on bir avtomobil karvanı 1600 tondan çox yük daşıyıb.
Qeyd olunub ki, ötən il 9 noyabr (10 noyabr - red.) tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında Azərbaycan tərəfinə yardım göstərilib.