Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbçilərimizə Türkiyə təlimlərində nələr öyrədilir? - VİDEO

Hərbçilərimizə Türkiyə təlimlərində nələr öyrədilir? - VİDEO

Tarix: 30 Mart 2021 19:12

Türkiyədə təlim keçən Azərbaycan hərbçiləri çox çətin şəraitdə və sərt ərazidə döyüş bacarıqlarına yiyələnirlər.

Bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında türkiyəli hərbi ekspert Eray Güçlüer deyib. O bildirib ki, təlimlərdə hərbçilərimizə xüsusi metodlarla hədəfin necə məhv edilməsi öyrədilir:

"Azərbaycan Ordusunun hərbçilərinin Türkiyədəki təlimi dərələrdə, dik yamaclarda, asanlıqla keçilməyən sərt ərazilərdə təşkil edilir. Təlim iştirakçıları əvvəlcə bu çətin şərtlər altında necə həyatda qalmağı öyrənməlidir. Çünki yemək çox az, su isə yoxdur. Bunları özləri tapmalıdırlar. Problemlə qarşılaşarlarsa, onu da həll etməlidirlər. Onlar əvvəlcə güclü stressin öhdəsindən necə gələcəklərini, daha sonra isə yuxusuzluğa, aclığa və susuzluğa necə dayanacaqlarını, sonda isə düşmənlə necə döyüşəcəklərini öyrənirlər. 

Bu döyüş isə adi bir döyüş deyil. Xüsusi metodlar, yəni düşmənin dərinliklərinə sızmaq, hədəfləri məhv etmək, düşmənlə döyüşmək və yenidən geri qayıtmağı bacarmaq öyrədilir. Buna görə intensiv təlimlər keçirilir, gerçək silahlar, bombalar və mərmilərdən istifadə edilir".


Etiketlər:  Hərbçilərimizə Türkiyə təlimlərində nələr öyrədilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ