Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronanı qripdən bu yolla ayırmaq mümkündür - VİDEO

Koronanı qripdən bu yolla ayırmaq mümkündür - VİDEO

Tarix: 31 Mart 2021 17:40

Hazırda yaz mövsümü olduğu üçün insanları çaşdıran məqamlardan biri də korona və ya qrip olmasıdır.

Bunu ARB24 "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Aytən Ziyadova deyib. O bildirib ki, qrip zamanı hərarət çox müşahidə olunmur, bu proses maksimum 3 gün çəkir:

"Bundan başqa qrip olanlarda hərarətin qalxma müddəti var ki, o, 6-8 saat və ya gün ərzində cəmi 1 dəfə olur. Bədən temperaturu 38 dərəcə olur və sonra enir. Ancaq koronavirusa yoluxanlarda davamlı hərarətlə yanaşı halsızlıq, əzginlik, güclü əzələ ağrıları, nəfəs çətinliyi olur. Vətəndaşlarda bu şikayətlər olarsa, vaxt itirmədən test vermək lazımdır". 

A. Ziyadova artıq müasir səhiyyədə korona və ya qrip olmağı ayırd etmək üçün testlərlərin də olduğunu deyib:

"Təbii ki, insanlar ilk növbədə həkimlə əlaqə saxlamalı, infeksionistlə məsləhətləşməlidirlər. Bəzən insanlar çaşdıran məqamlar olur. Onlar xəstəliyin əvvəlində ehtiyacı olmayan testi verir və müalicə yanlış yönə istiqamətlənir. Bu da koronanı ağırlaşdırır".


Etiketlər:  Koronanı qripdən yolla ayırmaq mümkündür VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ