Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Myanmada Yeni il bayramına görə atəşkəs elan edildi

Myanmada Yeni il bayramına görə atəşkəs elan edildi

Tarix: 1 Aprel 2021 13:46

Myanma ölkədəki silahlı etnik qruplarla sülh danışıqlarını davam etdirmək və 13-16 aprel tarixlərində dini Yeni il şənliklərini dinc şəraitdə keçirmək üçün ordunun 30 aprelə qədər birtərəfli atəşkəs elan etdiyini bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin baş qərargah rəisi Min Aunq Hlainq xalqa müraciətində açıqlayıb.

Myanma ordusu 8 noyabr 2020 seçkilərindəki saxtakarlıq və ölkədəki siyasi gərginliyin artmasından sonra 1 fevralda hakimiyyəti ələ keçirib.

Təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində demokratiya tələb edənlər arasında 536 nümayişçi həyatını itirib.

Milli.Az


Etiketlər:  Myanmada Yeni il bayramına görə atəşkəs elan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ