Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biləsuvar sakini Şirvanda külli miqdarda narkotiklə saxlanılıb - FOTO

Biləsuvar sakini Şirvanda külli miqdarda narkotiklə saxlanılıb - FOTO

Tarix: 1 Aprel 2021 23:08

Şirvanda 2,7 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsi (ŞPŞ) tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 2,7 kiloqram narkotik vasitələr olan tiryək və heroin dövriyyədən çıxarılıb.

Əməliyyat-istintaq tədbirləri nəticəsində Biləsuvar rayonunun Günəşli kənd sakini, 1998-ci il təvəllüdlü Tahirli Əli Eldar oğlu şəhərin H.Əliyev prospektində yerləşən dayanacağın arxasından içərisində narkotik vasitələr olan zənbili özü ilə götürüb oradan uzaqlaşan zaman polis tərəfindən saxlanılıb. Saxlanılan şəxs polis şöbəsinə gətirilərək əlində olan zənbilə baxış keçirilib. Baxış zamanı zənbilin içərisindəki sellofan bağlamalardan 1,450 kq narkotik vasitə olan tiryək və 1,230 kq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Ə.Tahirli öz izahatında qeyd edib ki, narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının telefonla tapşırığı əsasında gizli saxlanc yerindən götürərək Bakı şəhərinə çatdırmalı idi. Lakin onun bu niyyəti baş tutmayıb və polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az


Etiketlər:  Biləsuvar sakini Şirvanda külli miqdarda narkotiklə saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ