Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2021 22:27
REAL Partiyanın sədri İlqar Məmmədov "uşaqpulu" ilə bağlı daha bir açıqlama yayıb.
İ.Məmmədov müxalifət liderlərinin fərqli rəqəm ortaya qoya bilmədiyini qeyd edib:
"Nə oldu, illərdir, rəqəmsiz "uşaqpulu" bağıran qaraguruh liderlərindən heç biri mənim ortaya qoyduğum rəqəmdən fərqlisini hələ də irəli sürə bilmədi? "İlqar Məmmədov gələn il bu məqsədə 1 milyard ayırmağı təklif edir, bəs siz?" sualını onlara verə biləcək cəsarətdə jurnalist varsa, bir zəhmət, soruşsun" - REAL sədri bildirib.