Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İordaniyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb

İordaniyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb

Tarix: 4 Aprel 2021 00:10

İordaniyanın paytaxtı Amman şəhərində Kral aiələsinin üzvü Şerif Həsən bin Zayd və Kral II Abdullahın sabiq məsləhətçisi, sabiq maliyyə naziri Bassam Avadalla saxlanılın.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə İordaniyanın "Petra" agentliyi xəbər verir.

Məlumata əsasən, daha bir neçə nəfər təhlükəsizlik səbəbi ilə saxlanılıb.

"Əl Mayadin" telekanalı öz növbəsində bildirir ki, Ammanda Kral II Abdullahın hakimiyyətdən uzaqlaşdırılması barədə plan üzə çıxıb və dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

Qeyd edilir ki, hazırda keçmiş vəliəhd şahzadə Həmzə bin Hüseyn və bir neçə yüksəkrütbəli zabit ev dustaqlığında saxlanılır.

Lakin Ammandakı rəsmi nümayəndə keçmiş vəliəhd şahzadənin saxlanılmasına dair məlumatları təkzib edib.


Etiketlər:  İordaniyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ