Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2019 01:08
Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Dinamo" (Gürcüstan) - "Qəbələ" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Qol.az-ın məlumatına görə, matçın baş hakimi Finlandiya Futbol Federasiyasından Petri Viliyanen olacaq. Ona həmyerliləri Riku Vihreavuri və Mika Lamppu köməklik edəcək. Dördüncü hakim funksiyasını Dennis Antamo yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 1-i Tiflisə keçiriləcək "Dinamo" - "Qəbələ" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda "Qəbələ" 0:2 hesabı ilə uduzub.