Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2021 23:40
Gəncədə piydanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon adlanan ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21015" markalı minik maşını yolu keçmək istəyən ortayaşlı kişini vurub. Yaralı dərhal sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.