Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanada sakini milli lotereyada 45,5 milyon dollar udub

Kanada sakini milli lotereyada 45,5 milyon dollar udub

Tarix: 28 Iyul 2019 05:24

Bakı. Trend:

Kanadanın "Lotto Max" milli lotereyasının 45,5 milyon dollarlıq cekpotu oynanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə lotereyanı keçirən "OLG" şirkətinin nümayəndələri xəbər verir.

Nümayəndələr bildirib: "Uduşlu biletin rəqəmləri - 11, 15, 17, 20, 24, 25 və 50. Bonus-rəqəm - 30".

Bildirilir ki, hazırda biletin Kanadanın Britaniya Kolumbiyası əyalətində satıldığı bilinir, lakin daha dəqiq məlumat verilmir.

Qeyd edək ki, Kanada tarixində ən böyük cekpot - 49, 5 milyon dollar 2015-ci ilin oktyabr ayında oynanılıb.


Etiketlər:  Kanada sakini milli lotereyada 455 milyon dollar udub


RƏYLƏR