Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həmidə Ömərova: ''Həyat yoldaşım mənə diqqət etmirdi'' - VİDEO

Həmidə Ömərova: ''Həyat yoldaşım mənə diqqət etmirdi'' - VİDEO

Tarix: 5 Aprel 2021 16:05

Xalq artist Həmidə Ömərova Xəzər televiziyasında yayımlanan "Dəyişən cavab" verilişində qonaq olub.

Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, Həmidə Ömərova şəxsi həyatından danışıb: "Mən inanmıram ki, yer üzündə ömrünün sonuna qədər tam xoşbəxt bir insan olsun. Gənclik illərində insan öz sevgisinə rast gələndə özünü xoşbəxt sayır. Ailəmdə elə anlar olub ki, mən özümü xoşbəxt hiss etmişəm, xəstəxanada körpəmlə çıxanda eyni duyğunu yaşamışam. Bütün analar bu hissi keçirirlər".

Həmidə Ömərova valideynlərinin illər əvvəl boşandığını deyib: "Böyüyəndən və valideynlərim ayrılandan sonra çətinliklər yaşadım. Atasızlıq... Valideynlərim rəsmi ayrılanda 15 yaşım var idi, amma xeyli əvvəl boşanmışdılar. Atam ikinci dəfə ailə qurdu. Mənim çox yaxşı bacı-qardaşlarım var idi. Bir qadın kimi anam çox əziyyət çəkdi. Anamın sağlığında ögey bacı-qardaşlarımla bu qədər yaxın deyildim.

Analığım çox yaxşı qadın olub. O, dünyasını dəyişəndə o qədər ağlamışam ki... Atam deyib-gülən, şən, anam isə əksinə, çox qapalı insan idi. Həm də çox sərt idi. Bəlkə ona görə övladıma qarşı çox mehribanam. Anamdan bunun əksini görmüşəm. Bəzən oğluma qarşı sərt oluram, o zaman anam gözümün qabağında durur.

Anam aktrisa olmağıma icazə vermirdi. Deyirdi ki, bizim nəsildə aktrisa olmayıb. Ayıbdır, müəllimə olarsan. Qarşısında diz çökdüm".

Xalq artisti həyat yoldaşı ilə tanışlığından da danışıb: "Həyat yoldaşıma rast gəlməsəydim, ailə həyatı qurmazdım. Ailə həyatı qurmağa vaxtım yox idi. 34 yaşım var idi, həyat yoldaşım olacaq kişi mənə fikir də vermirdi. İşgüzar adam idi, bəlkə də rastıma çıxan yeganə kişi idi ki, mənə diqqət eləmirdi. Bu da məni qıcıqlandırırdı. İmzalamaq üçün sənəd gətirəndə üzümə baxmırdı. Və mən çalışdım ki, o, mənə diqqət yetirsin".

Həmidə Ömərova kliniki ölüm keçirdiyini bildirib: "Uşaq dünyaya gətirərkən kliniki ölüm keçirmişəm. İşıq var idi, o qədər xoşbəxt idim ki... Amma bu dünyaya göndərdilər, yenidən əzab çəkmək və günahlardan təmizlənmək üçün..."


Etiketlər:  Həmidə Ömərova Həyat yoldaşım mənə diqqət etmirdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ