Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 08:50
Rusiya ordusunun ölkə ərazisində hərəkət etməsi digər ölkələrin narahatlığına səbəb olmamalıdır, çünki Rusiya başqa dövlətlər üçün təhlükə yaratmır.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Heç kəs azmayıb və azmır, Rusiya ordusu Rusiya ərazisində lazım bildiyi istiqamətlərdə, ölkəmizin etibarlı təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hesab etdiyi şəkildə hərəkət edir", - Rostov vilayətində qoşunların hərəkəti barədə məlumatı şərh edən Kremlin nümayəndəsi vurğulayıb.
Peskovun sözlərinə görə, bu, heç kəsdə azacıq da olsa narahatlıq yaratmamalıdır.
"Rusiya dünyanın heç bir ölkəsi üçün təhlükə yaratmır, o cümlədən Ukrayna üçün təhlükə yaratmır", - Peskov qeyd edib.
Bununla yanaşı, o əlavə edib ki, Rusiya öz təhlükəsizliyinə həmişə çox diqqətlə yanaşır.