Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2021 19:10
"Real"ın futbolçusu Vinisius yeni rekorda ima atıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, buna ötən gecə Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la matçda nail olub.
Hücumçu görüşdə dubl etməklə braziliyalı futbolçular arasında turnirin 1/4 finalında 2 və daha artıq qol vura bilən ən gənc oyunçu adını qazanıb. O, bunu 20 yaş 268 günlüyündə bacarıb.
Vinisius bu nəticə ilə Kakanın rekordunu da qırıb. Komandanın sabiq yarımmüdafiəçi 2004-cü ildə "Milan"ın heyətində 21 yaş 336 günlüyündə olarkən "Deportivo"ya 2 qol vurmuşdu.