Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2021 21:21
Həkim, teleaparıcı Yelena Malışeva dərini qocaldan vərdişlərdən bəhs edib.
Sonxeber.net xəbər verir ki, mütəxəssis bunları dəri üçün "ölüm vərdişləri" adlandırıb. Malışevaya görə, qadınlar ilk növbədə yatmazdan əvvəl makiyajın kifayət qədər təmizlənməsinə diqqət yetirməlidirlər.
"Gecə hüceyrələr bərpa olunur və yenilənir - ancaq dəri tamamilə təmiz olarsa, bu baş verir", - həkim qeyd edib.
Yelena Malışeva kosmetikanı təmizləməyən xanımların dərisində sızanaq və quruluq yaranması riski olduğunu bildirib.
Dəri üçün ikinci mənfi vərdiş siqaretdir. Nikotinin dəridə qan axınını azaltdığı, buna görə kifayət qədər oksigen və qida almadığı qeyd olunur. Bundan əlavə, siqaretdəki zəhərli maddələr kollagen və elastin zülallarına zərər verir. Nəticədə dəri möhkəmliyini və elastikliyini itirir. Yaralar və sızanaq bu cür dəridə daha gec sağalacaq.
Üçüncü pis vərdiş yayda günəş vannası qəbul etməkdir. Günəş dərini hər dəqiqə qocaldır, buna görə birbaşa günəş işığına məruz qaldıqda mütəmadi olaraq qoruyucu vasitələrdən istifadə etməlisiniz.
Dəriyə artıq şəkər və sadə karbohidratlar da mənfi təsir göstərə bilər. Bu cür məhsulların nəzarətsiz istifadəsi dərini yaşlandırır. Beşinci "qatil" sızanaq sıxmaq vərdişidir. Bu, üzdə yara izi qoya və ya infeksiyaya yol aça bilər. Sızanaqlarla mübarizə aparmaq üçün benzoil peroksid və salisil turşusundan istifadə etmək məsləhətdir. (publika.az)