Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2021 15:16
"Vaşinqtonun Moskvaya qarşı siyasi xəttinin sonu yoxdur".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə danışıqlardan sonra verdiyi açıqlamada bildirib.
"Atlantik Şurası kimi Vaşinqton yönümlü bir quruluş belə ABŞ-ın Rusiyaya münasibətdə tamamilə çıxılmaz və bəlkə də axmaq siyasi xəttini tənqid edən materiallar yayımlayır",- deyə Lavrov qeyd edib.
Onun sözlərinə görə, sanksiyaların tətbiq olunduğu dövr daxil olmaqla belə bir xətt dövlətin daha əvvəl elan etdiyi hədəflər baxımından heç bir nəticə vermir.