Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdaşda ər-arvad arasında təpik davası: ''Bacım dedi ki...''

Ağdaşda ər-arvad arasında təpik davası: ''Bacım dedi ki...''

Tarix: 8 Aprel 2021 17:58

Ağdaş rayonunda 1974-cü il təvəllüdlü Qənbər Məmmədov həyat yoldaşı Kifayəti döyüb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Ağdaş rayonu, Kotavan kənd sakini Qənbərlə həyat yoldaşı Kifayət arasında yaşadıqları evdə mübahisə baş verib.

Mübahisə zamanı Qənbər qadını təpiklə bel nahiyəsindən, şillə ilə bədəninin müxtəlif nahiyələrindən vurub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qənbər özünü təqsirli bilib. O, bildirib ki, Kifayətlə 1998-ci ildə ailə həyatı qurub: "İki övladımız var. Ailə həyatı qurduqdan sonra əvvəllər aramızda heç bir mübahisə və dava-dalaş baş verməyib. Sonradan Kifayətlə aramızda söz-söhbətlər və mübahisələrin yaranmağa başladı. Buna səbəb Kifayətin qohumlarımla yola getməməsi və narazılıq yaratması olub".

Təqsirləndirilən şəxs bildirib ki, hadisə baş verən günü, saat təxminən 12.00-da qonşuluqda yaşayan bacısı Ruqiyyənin evinə gedib: "Həmin vaxt bacım Ruqiyyə ilə söhbət əsnasında Kifayətdən gileyləndi və Kifayətin ona qarşı hərəkətkərindən narazılığını bildirdi. Təxminən yarım saat sonra yaşadığım evə getdim. Kifayətdən nə üçün bacımın ondan şikayətləndiyini soruşdum.

Kifayət bununla bağlı heç bir məlumatının olmadığını söylədi. Ona yalan danışmamasını dedim. Sözlərimə məhəl qoymadı və kobud formada "əl çək məndən" deyə cavab verdi. Buna görə aramızda mübahisə baş verdi. Kifayətin hərəkətlərinə əsəbləşdim. Bir dəfə təpiklə onun bel nahiyəsindən vurdum. Kifayət həyətə çıxdı. Həyətdə bir dəfə də şillə ilə boyun nahiyəsindən vurdum. Sonra yaşadığım evə getdim".

Bu cinayət işi Ağdaş rayon Məhkəməsində araşdırılıb. Hakim Famil Nəsibovun sədrliyi ilə baş tutan iclasda cinayət işi üzrə araşdırma aparılıb.

Araşdırma zamanı məlum olub ki, zərərçəkmiş Kifayət ərindən şikayətçi olmayıb və onunla barışdığı üçün cinayət işinə xitam verilməsini istəyib.

Bu səbəbdən hakim Qənbərin barəsində başlanan Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi barədə hökm elan edilib.


Etiketlər:  Ağdaşda arvad arasında təpik davası Bacım dedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ