Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST-dən ''AstraZeneca'' tövsiyəsi - VİDEO

ÜST-dən ''AstraZeneca'' tövsiyəsi - VİDEO

Tarix: 9 Aprel 2021 12:30

ÜST "AstraZeneca" peyvəndinin vaksinasiyasini aparmağı tövsiyə edir

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Avropa və Birləşmiş Krallıqda "AstraZeneca" COVID-19 peyvəndi vurduran şəxslərdə az miqdarda nadir görülən tromboembolik fəsadlara (aşağı trombositlər olan qan laxtaları) cavab olaraq, ÜST-ün Peyvənd Təhlükəsizliyi üzrə Qlobal Məsləhət Komitəsi (GAVCS), Avropa Dərman Agentliyi (EMA) və Birləşmiş Krallığın tənzimləyici qurumu (MHRA) qeydə alınan halların bu peyvənd ilə əlaqəsinin olub-olmadığını müəyyən etmək üçün mövcud bütün məlumatları nəzərdən keçirir.

ÜST-ün Azərbaycan nümayəndəliyindən REALA bildirilib ki, 7 aprel 2021-ci ildə sözügedən qurumlar müvafiq bəyanatlar veriblər. Onlar "AstraZeneca" peyvəndinin faydalarının çox nadir qeydə alınan potensial risklərini üstələdiyi qənaətinə gəliblər. ÜST ölkələrə milyonlarla insanın həyatını xilas edən və ağır xəstəliyin qarşısını alan "AstraZeneca" peyvəndi ilə vaksinasiya olunmağa davam etməyi tövsiyə edir.

Bu günə qədər 190 milyon dozadan çox "AstraZeneca" peyvəndi tətbiq edilib.

ÜST potensial olaraq peyvəndin səbəb olduğu və əlavə araşdırma tələb edən hadisələr barədə məlumatları aşkar etmək və riskləri idarə etmək üçün yerli qurumlar və peyvənd istehsalçıları ilə sıx əməkdaşlıq edir.


Etiketlər:  ÜST dən AstraZeneca tövsiyəsi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ